• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bəşər Əsəd Mustafa Kamalın soyundan gəlib – ŞOK İDDİA

  • Dünya
  • 25 Mart 2015 12:11
  • 1 461 Baxış
Bəşər Əsəd Mustafa Kamalın soyundan gəlib – ŞOK İDDİA

Bir müddət əvvəl Suriyanın dövlət başçısı Bəşər Əsədlə görüşərək tənqidlərlə üzləşən Türkiyənin “Vatan” Partiyasının sədri Doğu Perincek ciddi polemikalara səbəb olacaq bir açıqlama verib.

Publika.az xəbər verir ki, Əsədin ona verdiyi dəstəyi heç bir zaman açıqlamaqdan çəkinməyən Perinçek “Hürriyet” qəzetinə müsahibəsində Əsədin Mustafa Kamal Atatürkün soyundan gəldiyini söyləyib.

Jurnalistin “Bir müddət əvvəl Suriyaya gedərək Əsədlə görüşdünüz. Əsəd xalqını qətl etmiş, minlərlə insanın ölümünə səbəb olan biridir. Onun əlini necə sıxdınız” sualına partiya sədri bu şəkildə cavab verib: “Əsəd bizim gözümüzdə imperializmə qarşı məzlum millətlərin müqavimət cəbhəsinə lider edən şəxsdir. İmperializmin hücumları qarşısında qaçmadı, dik durdu, ölkəsinə bağlı qaldı. Hər azaqlıq savaşı bir vətəndaş müharibəsidir. Mustafa Kamala baxaq. Müharibədən əvvəl Akyazı, Düzce, Biga, Konya, Yozgat üsyanlarını məğlub etmədimi? Kim idi o üsyanları edənlər? İngilisin pulu ilə təşkilatlanan şər qüvvələr. Mustafa Kamal onları əzdi. Bəşər Əsəd Suriyanın bütövlüyü və müstəqilliyini təmsil edir. Sıxdığım əl qanlı bir əl deyildi, bir dost əli idi. Bəşər Əsəd Mustafa Kamalın soyundan gələn bir adamdır. Mustafa Kamal 1920-ci illərdə nə etdisə Bəşər Əsəd bu gün onu edir”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR