Dünya
İran - Səudiyyə müharibəsinin anonsu: “Yəməndə yandırılan atəş bütün bölgəyə yayılacaq”
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Yəmən
əməliyyatında hələlik qurudan hücum nəzərdə
tutulmur.
Publika.az xəbər verir ki, bu barədə Səudiyyə
Ərəbistanın müdafiə nazirliyinin sözçüsü Əhməd Həsən Asiri
deyib.
Onun sözlərinə görə, hava hücumları hədəfə çatana kimi davam
edəcək: “Qurudan əməliyyatların keçirilməsi planı hələlik müzakirə
mövzusu deyil. lakin lazım olacağı təqdirdə ordumuz buna da
hazırdır”.
Müdafiə nazirliyinin sözçüsü əsas hədəfin Yəməndə hüquqi
dövlətin bərpası olduğunu bildirib.
“Əməliyyatlar çox böyük planda aparılır və husilərin bütün
gücləri məhv ediləcək. Bununla yanaşı, husilərə dəstək verən heç
bir qüvvə ilə sülhdən söz gedə bilməz”, - deyə o bildirib.
Qeyd edək ki, Yəməndə iqtidara qarşı çıxan husilərə İran dəstək
verir.
Bu aradan İran millət vəkili Alaaddin Burucerdi bölgədə yeni
müharinənin anonsunu verib.
“Səudiyyə Ərəbistanının Yəməndə yandırdığı müharibə atəşi bütün
bölgəyə yayılacaq”, - deyə iranlı deputat vurğulayıb.
Asif Nərimanlı
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi