
İŞİD terror təşkilatı kiçik yaşlı “cəlladlar”ı ilə bağlı video paylaşıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, uşaq “cəlladlar” 8 şiə girovun arxasına keçərək əllərində silahlarla görüntüləniblər.
Görüntülərin Suriyanın Xama şəhərində çəkildiyi bildirilir. Terror təşkilatının gənc üzvü 8 yaşındakı bir uşaqdan “cəlladlar”a edam bıçaqlarını paylamağı istəyir. Videoda danışan İŞİD-çi “Qılınclarımız yaxın vaxtlarda Əsəd və onun rejimi üçün baş kəsəcək” deyir.
Ömər Dağlı