• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Prokurorun girov götürülməsi ilə bağlı yayım qadağan olundu

  • Dünya
  • 31 Mart 2015 19:45
  • 483 Baxış
Prokurorun girov götürülməsi ilə bağlı yayım qadağan olundu

Türkiyənin Nazirlər Kabineti prokurorun girov götürülməsi ilə bağlı yayıma müvəqqəti olaraq qadağa qoyub.

Publika.az Anadolu agnetliyinə istinadən xəbər verir ki. Nazirlər Kabinetinin bununla bağlı yaydığı şərhdə bildirilir ki, Radio Televiziya Ali Şurası haqqında (RTÜK) qanunun 7-ci maddəsinə uyğun olaraq ictimai asayişin pozulması ehtimalı olan hallarda yayım dayandırıla bilər.

Qeyd edək ki, bu gün saat 12.36 radələrində İstanbulun Çağlayan ədliyyə binasında DHKP-C terror təşkilatının 2 üzvü Berkin Elvan cinayəti üzrə istintaqı aparan prokuror Mehmet Səlim Kirazı binanın 6-cı mərtəbəsindəki otağında girov götürüb.

Terror təşkilatı üzvləri bir anda otağa girərək prokuror M.S.Kiraza silah çəkiblər. Onun başına silah dirənmiş fotoları yayılıb. Təşkilat tələbləri yerinə yetirilmədiyi təqdirdə onu öldürəcəklərini bildirib. Saat 13.30-da təhlükəsizlik qüvvələri qapını məcbur açan zaman terrorçular 2 atəş açıblar. Buna görə geri çəkilən polis onları razı salmaq üçün səy göstərir.

Terrorçular girovun azad olunması üçün aşağıdakı tələblərinin yerinə yetirilmsini israr edirlər:

1.Berkin Elvanı qətl edən polislərin canlı efirə çıxaraq günahını etiraf etməsi;

2.Polislərin Xalq Məhkəmələrində mühakimə olunması;

3.Berkin Elvanın müdafiəsi üçün keçirilən aksiyalarda iştirakına görə həbs olunan, işdən çıxarılan və barəsində istintaq aparılan bütün şəxslərin üzərindəki ittihamların qaldırılması;

4.Prokuroru girov götürən terrorçuların təhlükəsiz bir şəkildə binadan çıxmasının təmin edilməsi;

5. Yaradılacaq bir heyətlə əlaqənin təmin edilməsi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR