Dünya
Yaponiyada təhlükə: 23 min nəfər həlak ola bilər
Yaponiya hökuməti episentri Tokioda olacağı ehtimal edilən güclü zəlzələyə hazırlıq planını təsdiqləyib.
Plan zəlzələ zamanı həlak olanların və dağılan binaların sayını iki dəfə azaltmalıdır. Alimlərin proqnozuna əsasən, qarşıdakı 30 il ərzində 70 faizlik ehtimalla episentri Yaponiyanın paytaxtına düşəcək güclü zəlzələ baş verəcəyi gözlənilir. Ən pessimist ssenariyə əsasən zəlzələ qurbanlarının sayı 23 min nəfərə çata, 610 min bina dağıla bilər. Təsdiq edilmiş plana əsasən, binaların davamlığının artırılması və yanğından mühafizə istiqamətində profilaktik tədbirlər yaxın 10 il ərzində qurbanların və dağıntıların miqyasını yarıya qədər azaltmağa imkan verəcək.
Konkret tədbirlər qismində binaların davamlığını 95 faizə qədər artırmaq, zəlzələdən sonra baş verə biləcək yanğın zamanı daha təhlükəli olan köhnə və sıx tikilmiş mikrorayonların sayını azaltmaq nəzərdə tutulur. Əsas diqqət isə yanmayan tikinti materiallarının tətbiqinə yönələcək. Belə ki, 1995-ci ildə Kobe şəhərində baş verən zəlzələ zamanı insanlar bir çox hallarda dağıntılar nəticəsində deyil, zəlzələnin fəsadlarından olan yanğınlar zamanı həlak olmuşdular.
Təsdiqlənmiş plan, həmçinin əsas binanın dağılması zamanı
bələdiyyə xidmətlərini qəbul edə biləcək müvəqqəti administrativ
məntəqələrin yaradılmasını da nəzərdə tutur. Geniş miqyaslı təbii
fəlakətin baş verəcəyi təqdirdə yerli administrasiyalarda, iri
kompaniyalarda və hündür yaşayış binalarında bir həftəlik su və
ərzaq ehtiyatının yaradılması da planlaşdırılır.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR