Dünya
Generalların işinə xitam verildi
Türkiyədə 2003-cü ildə Recep Tayyip Erdoğanın hökumətini devirmək cəhdində ittiham olunan 236 hərbçinin təkrar məhkəməsində müttəhimlərin işinə xitam verilib.
Bu 236 nəfər 2012-ci ildə “Gürz” çevriliş əməliyyatı üzrə məhkəməsi olmuş 300 nəfərin arasında idi.
Onlar ötən il,Türkiyənin Konstitusuya Məhkəməsi aşağı instansiya məhkəməsinin hökmünü ləğv etdikdən sonra azad edilmişdilər. Prokuror bildirib ki, onlara qarşı kompüter serverindən toplanmış materiallar təqsirin sübutu kimi qəbul oluna bilməz. Hüquqşünaslar sübutların bəzilərinin saxtalaşdırıldığını deyiblər.
Sözü gedən hərbçilərin məhkəməyə verilməsi 2003-cü ildə Türkiyə Silahlı Qüvvələri komandanı general Çetin Doğanın da iştirak etdiyi təlim manevri keçirilməsi ilə bağlı idi. O vaxt general Doğan, habelə generallar Özden Örnek və İbrahim Fırtına dövlət çevrilişinə hazırlıq məşqi keçirməkdə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilmişdilər.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu