Universitetin altında 1300 skelet tapıldı
Bizi izləyin

Dünya

Universitetin altında 1300 skelet tapıldı

İngiltərənin öndə gedən təhsil ocaqlarından olan Kembric (Cambridge) universitetinin “ST John” kollecinə aid bir binanın altında nəhəng orta əsr məzarlığı tapılıb.

Axar.az xəbər verir ki, kollecin teatrının restavrasiyası zamanı kəşf edilən məzarlıqda XIII və XV əsrlərdən qalma 1300 skelet tapılıb. Kembric Arxeologiya İnstitutundan Kreyc Kesvord mövzu ilə əlaqədar verdiyi açıqlamada “Məzarlığın bu bölgədə olduğunu bilirdik, ancaq dəqiq harda olmasından xəbərsiz idik. Bu, həqiqətən, müdhiş bir tapıntıdır. Skeletlərin çoxu 25-45 yaş arası kişilərə aiddir”, – deyib.

Qeyd edək ki, məzarlıqda hamilə qadın skeletlərinə də rast gəlinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm