148 adamın qətlində hökumət rəsmisinin oğlu da iştirak edib
Bizi izləyin

Dünya

148 adamın qətlində hökumət rəsmisinin oğlu da iştirak edib

Keniyada 148 adamın qətlində bir hökumət rəsmisinin oğlu da iştirak edib.

Publika.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü bildirib. Onun sözlərinə görə, bir müddət əvvəl itkin düşmüş Əbdirahim Abdullahinin Garissa universitetində kamikadze hücumu həyata keçirən 4 nəfərdən biri olub.

Eyni zamanda keniyalılar Pasxa bayramını öldürülənlərin anılmasına həsr edib. Ölkə boyu mərasimlər ciddi təhlükəsizlik tədbirləri altında keçirilib.

Dünən Keniya prezidenti Uhuru Kenyatta ölkədə birliyə, sülh və sabitliyin qorunub saxlanmasına səsləyib. Televiziya ilə çıxışı zamanı dövlət başçısı 3 günlük matəm elan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm