• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Suriyada edam edilən “Talış Aqil”in qardaşı Rusiyada tutuldu

  • Dünya
  • 6 Aprel 2015 12:20
  • 1 670 Baxış
Suriyada edam edilən “Talış Aqil”in qardaşı Rusiyada tutuldu

Suriyada döyüşən terrorçuların Rusiyadan maliyyələşdirilməsi haqqında cinayət işinin təfərrüatları məlum olub.

Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Lipetsk vilayəti üzrə İdarəsi milliyyətçə azərbaycanlı Qaçay Tağı oğlu Hacıyevə qarşı "terrorçuların maliyyələşdirilməsi" maddəsi ilə cinayət işi başlayıb.

İstintaqın versiyasına görə, Qaçay Hacıyev alma satışından əldə olunan vəsaiti “Böyük Suriyanın döyüşçüləri” (“Cund əş-Şam”) təşkilatına göndərib. Azərbaycanlının nümayəndələri isə iddia edirlər ki, Qaçay yalnız öz qardaşına, onun itməsindən sonra isə ailəsinə kömək edib.

Qeyd edək ki, Federal Təhlükəsizlik Xidmətinin Lipetsk vilayəti üzrə İdarəsi beynəlxalq terror təşkilatına yardım edən şəxsin aşkar edildiyini fevral 27-də vilayəti prokurorluğuna bildirib. İdarənin mətbuat xidməti bildirib ki, Federal Təhlükəsizlik Xidmətinin müstəntiqləri terrorçuları maliyyələşdirən Rusiya vətəndaşı barəsində cinayət işi qaldırıblar. Prokurorluq və Federal Təhlükəsizlik Xidmətində cinayət işinin təfərrüatları haqqında məlumat verməmiş, həmçinin istintaq həbs olunan şəxsin ad və soyadını açıqlamamışdı.

“Kommersant” nəşri aydınlaşdıra bilib ki, həbs olunan şəxs Qaçay Hacıyevdir. Onun qohumlarının sözlərinə görə, Rusiya güc strukturlarının hərəkəti tamamilə gözlənilməz olub. Qaçay Hacıyev fevralın 26-da işdən Lipetskdəki evinə qayıdarkən Federal Təhlükəsizlik Xidmətinin tədqiqatçıları onu saxlayıb. Həbs olunduqdan on gün sonra ona rəsmi ittiham təqdim edilib. Qaçayın Lipetskdə yerləşən müvəqqəti təcridxanada saxlanıldığı bildirilir. Onun ailəsi isə qohumları tərəfindən Sankt-Peterburqa aparılıb.

“Kommersant” Qaçayın keçmiş arvadı Viktoriya Babkinanı danışdırıb. O, keçmiş ərinə qarşı irəli sürülən ittihamların doğru olmadığını bildirib. “Qaçay heç vaxt böyük sahibkar olmayıb. O, almanı anbardan alır və bazarda satırdı. Onun bütün biznesi budur. İstintaq iddia edir ki, Qaçay pulu Türkiyəyə göndərib, pul oradan isə Suriyadakı terrorçulara çatdırılırdı. Əslində o, sadəcə, qardaşına və ailəsinə kömək edirdi”, - Babkina deyib.

Onun sözlərinə görə, Suriyada Qaçayın doğma bacısı yaşayır. Onun əri isə Azərbaycandan Suriyaya gedib və həlak olub: “Qaçay qohumlara kömək etməyə meyilli idi. O, pulu yalnız Suriyaya deyil, həm də Azərbaycan və Rusiyada yaşayan qohumlara göndərirdi”.

Babkina qeyd edib ki, Qaçayın doğma qardaşı Aqil bir il əvvəl Suriyada itib. Aqil “Sumqayıt camaatı”nın əmiri və “Talış Aqil” ləqəbi ilə tanınırdı. Keçən ilin aprelində Azərbaycan KİV-i bu barədə bildirib ki, Aqil Hacıyev “Əl-Nüsra” Cəbhəsinə əsir düşüb və şəriət qanunları üzrə edam edilib. Lakin onun taleyi haqqında indiyə kimi dəqiq məlumat yoxdur.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR