Londonda milyonlarla funt dəyərində daş-qaş oğurlanıb
Bizi izləyin

Dünya

Londonda milyonlarla funt dəyərində daş-qaş oğurlanıb

Londonun “Hatton Garden Safe Deposit” şirkəti qarət olunub.

Publika.az-ın məlumatına görə, soyğunçular zərgərlik məhəlləsindəki depozit qutularını qarət edərək milyonlarla funt dəyərində daş-qaş oğurlayıblar. Səhər hadisə yerinə gələn polis əməkdaşları bir neçə təhlükəsizlik depozit qutusunun yarıldığını bildirib.

Hatton Garden bölgəsi özünün brilyant və qızıl ticarəti ilə məşhurdur.

London daş-qaş qarətləri

  • 1987-ci il iyul ayında Knightsbridge Təhlükəsizlik Depozit Mərkəzi tarixdə ən böyük qarətlərdən birinə məruz qalıb. İki silahlı quldur depozit qutusu kiralamaq istəyib və içəri daxil olduqdan sonra silahlarını çıxararaq təxminən 60 milyon funt dəyərində xəzinə əldə ediblər. Soyğunçulardan Valerio Viccei 22 il həbs cəzası alıb.
  • 2003-cü ildə 1.5 milyon funt dəyərində daş-qaş, nəğd pul və qiymətli əşya oğurlanıb. Müştəri qismində olan cinayətkar “Hatton Garden Safe Deposit” şirkətində bir neçə depozit qutusunu boşaldıb.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm