İran təyyarəsində partlayış olub - VİDEO
Bizi izləyin

Dünya

İran təyyarəsində partlayış olub - VİDEO

Türkiyənin İstanbul şəhərində sərnişin təyyarəsində yaranan nasazlıq qorxulu anlara səbəb olub.

ANS PRESS-in məlumatına görə, İran aviaşirkəti “Qəshm Air”ə aid təyyarənin sağ mühərriki uçuş zolağında partlayıb.

Partlayışdan sonra mühərrik parçalanaraq uçuş zolağına tökülüb və təyyarənin təkərləri istifadəyə yararsız hala düşüb.

Hadisə, içində sərnişinlərin də olduğu “Airbus-300B4” tipli təyyarə Tehrana uçmaq üçün havaya qalxarkən baş verib.

Partlaytışdan sonra mühərrik alovlanaraq yanmağa başlayıb və pilot təyyarəni saxlamağa müvəffəq olub.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm