Putinin gəlirləri və qarajındakı avtomobilləri - SİYAHI
Bizi izləyin

Dünya

Putinin gəlirləri və qarajındakı avtomobilləri - SİYAHI

Rusiya prezidenti Vladimir Putinin 2014-cü il ərzində gəlirləri 2013-cü illə müqayisədə iki dəfə artıb.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının Kremlin saytında yerləşdirilən gəlirlər haqqında bəyannaməsində deyilir.

Rusiya prezidenti ötən il 7,654 milyon rubl (təxminən 150 min dollar) qazanıb. Halbuki Putin 2013-cü ildə 3,6 milyon rubl (təxminən 71 min dollar) gəlir əldə edib.

Dövlət başçısının mülkiyyətində həmçinin torpaq sahəsi, qaraj və 77 kvadrat metr sahəsi olan mənzil göstərilib. Bundan başqa, Putinin qarajında QAZ M21, QAZ M-21 və "Niva” avtomobilləri, həmçinin “Skif” qoşqusu var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm