Balıqçı gəmisi batıb
Bizi izləyin

Dünya

Balıqçı gəmisi batıb

Kanar adaları yaxınlığında Rusiyanın “Oleq Naydenov” balıqçı gəmisi batıb.

Publika.az xəbər verir ki, bu barədə EFE informasiya agentliyinə istinadən İspaniyanın ABC qəzeti bildirib.

Ekipajın 72 üzvü gəminin batmasından əvvəl təxliyyə edilib, onlardan heç kəs zərər çəkməyib. Amma gəminin sahibi Yuri Parşev “İnterfaks” agentliyinə bildirib ki, gəminin batması haqqında rəsmi informasiyaya malik deyil. İspaniya hakimiyyəti hadisə yerinə heç kəsi buraxmır. Gəminin sahibi bütün informasiyanı KİV-dən aldığını bildirib. "Məndə rəsmi informasiyalar yoxdur. Mən hər şeyi KİV-dən öyrənirəm”, - o, deyib.

“Danışır Moskva” radiosu xəbər verir ki, “Oleq Naydenov” 2400 metr dərinlikdədir. Gəmidə yanğın aprelin 11-də baş verib. İspaniya yanğınsöndürənlərinin yanğını söndürmək cəhdləri uğursuz olub. Bundan başqa, gəmidə 1,4 min tondan çox yanacağın olması yanğınsöndürənləri ehtiyatlı davranmağa məcbur edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm