Yüzlərlə hərbi mütəxəssis Əsədə köməyə getdi
Bizi izləyin

Dünya

Yüzlərlə hərbi mütəxəssis Əsədə köməyə getdi

“Röyters” xəbər agentliyi İranın rejim ordusunu gücləndirmək üçün yüzlərlə hərbi mütəxəssis göndərdiyini yazıb.

Suriya rejiminin ən böyük dəstəkçisi olan İran son aylar Bəşər Əsədə etdiyi hərbi yardımı artırıb.Publika.Az –ın verdiyi xəbərə görə, “Röyters” xəbər agentliyi İranın rejim ordusunu gücləndirmək üçün yüzlərlə hərbi mütəxəssis göndərdiyini yazıb.

Xəbərə görə, Suriyaya göndərilən hərbçilər arasında İran İslam İnqilabı Keçikçilər Korpusunun (“Sepah”) xarici əməliyyatlardan cavabdeh bölməsi ilə yanaşı, “Qüds Gücü”nün yüksək rütbəli komandirləri də var. Cəbhədə qarşıdurmaya girməyən iranlı zabitlər xüsusilə kəşfiyyat məlumatların toplanması və hərbi təlimlərin keçirilməsinə yardım edir. İranın komandanlığı altındakı güclərin xüsusilə Tartus və Lazikiyə kimi Aralıq dənizi sahilindəki bölgələrdə fəaliyyətini genişləndirdiyi bildirilir.

İranın Suriya rejiminə verdiyi dəstək yalnız yüksək rütbəli komandirlərlə məhdudlaşmır. İranlı keçmiş zabitlərdən biri "Bəsic" Müqavimət Qüvvələrinin minlərlə könüllüsünün döyüşmək üçün Suriyaya getdiyini söyləyir.

İran dördüncü ilinə daxil olan qarşıdurmalarda indiyə qədər Dəməşqə milyardlarla dollar pul yardım edib. Suriyada müxalifətini “terrorçular” adlandıran İran Əsəd rejiminin devriləcəyi halda “Şiə Ayparası” layihəsinin tarixə qovuşacağından narahatdır.

“Röyters”in diqqətini çəkən bir başqa məqam isə iranlıların Suriyaya getdiyi marşrutdur. Agentliyin yazdığına görə, İran hərbçiləri iranlılar üçün viza rejimi tətbiq etməyən Türkiyə üzərindən Suriyaya asanlıqla keçir. Xəbərdə bildirlir ki, bir türk səlahiyyətli Suriyaya keçən iranlıların sayının son bir neçə ayda artdığını söyləyib. İranlıların bir hissəsi İraq marşrutundan istifadə etdiyi halda, yüksək rütbəli zabitlər təyyarə ilə Dəməşqə gedir.

Xəbərə görə, son həftələr Suriyaya Rusiya və digər ölkələrdən silah axını da artıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm