Vitali Kliçko sərhədçilərə minnətdarlıq etdi
Bizi izləyin

Dünya

Vitali Kliçko sərhədçilərə minnətdarlıq etdi

“Ukraynanın defolt vəziyyətindən çıxarılması üçün yeni hökumət texnokratlar hökuməti olmalıdır”.Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu sözləri UDAR Partiyasının rəhbəri Vitali Kliçko “İnter” telekanalının efirində söyləyib.

V.Kliçko bildirib ki, yeni hökumətin tərkibində əvvəlki hökumət üzvləri olmamalıdır. “Onlar öz səmərəsizliyini sübut ediblər. Hökumət peşəkar və effektiv olmalıdır. Yeni hökumət üzərinə çox çətin bir tapşırığı götürəcək. Axı, Ukraynanın çoxlu borcu var”,- o, deyib.

V.Kliçko hökumətin tərkibində müxtəlif siyasi güclərin təmsil olunacağını bildirib. Maydanda qan tökülməsində günahkar olanların hamısının cəzalandırılacağını deyən partya rəhbəri bir sıra yüksək rütbəli dövlət məmurlarının ölkədən çıxmasına maneə olan sərhədçilərə də minnətdarlıq edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm