Geylər barədə hakimiyyətə xəbər verməyənləri cəza gözləyir
Bizi izləyin

Dünya

Geylər barədə hakimiyyətə xəbər verməyənləri cəza gözləyir

Yeni qanuna görə "ağır homoseksuallıq" hərəkətləri ömürlük həbs cəzası daşıyır

Uqanda Prezidenti Yoveri Museveni homoseksuallara qarşı həbs cəzası tətbiq edə biləcək yeni qanun layihəsini imzalayıb.Publika.Az BBC-yə istinadən xəbər verir ki, daha əvvəl o, "Qərbin təzyiqi qarşısında

Uqandanın müstəqilliyini" təsdiq etmək üçün qanunu xarici media qarşısında imzalamaq istədiyini bildirmişdi.ABŞ Prezidenti Barak Obama deyib ki, qanun geriyə addım olacaq.Bundan əvvəl cənab Museveni ABŞ-ın elmi məsləhətini gözləyib qanunu təxirə salmağa razılaşmışdı.Uqandada homoseksual hərəkətlər hazırda da qeyri-leqaldır.

Yeni qanuna görə, cinayəti birinci dəfə edənlər 14 illik həbs cəzası alacaq, "ağır homoseksuallıq" hərəkətlərinə görə isə ömürlük həbs cəzası kəsilə bilər və ilk dəfədir ki, qanuna lesbiyanlar da daxildir.Bundan savayı gey adamlar barədə hakimiyyətə xəbər verməmək və homoseksuallığı təbliğ etmək, onu qınamadan haqqında danışmaq cinayət sayılır.Qanun layihəsində homoseksual hərəkətlər üçün ölüm cəzası nəzərdə tutulmuşdu, amma beynəlxalq tənqidə görə bu, ləğv olundu.

Uqandada gey haqları fəalı BBC-yə deyib ki, yeni qanun layihəsindən "çox qorxur"."Əslində bu gün (bazar ertəsi) heç işə də getmədim, evdəyəm, qapını bağlamışam."Heç bilmirəm bundan sonra nə olacaq. Bütün fəallarımla telefonla danışıram. Onlar üçün də eynidir, hamı evdə oturub, qapını qıfıllayıb. Çıxa bilmirlər".

Bundan əvvəl cənab Museveni demişdi ki, bəzi adamların homoseksual doğulması barədə elmi tədqiqatın nəticələrindən sonra qanuna yenidən baxılacaq, amma görünür ki, o, fikrini dəyişib.Uqandanın ən böyük maddi donorlarından biri olan ABŞ deyib ki, qanun qüvvəyə minsə, əlaqələr qəlizləşəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm