Yanukoviç Ukrayna ərazisindədir - AÇIQLAMA
Bizi izləyin

Dünya

Yanukoviç Ukrayna ərazisindədir - AÇIQLAMA

"Ukrayna Ali Radasının vəzifədən uzaqlaşdırdığı eks prezident Viktor Yanukoviç ölkə ərazisindədir, amma,heç kimlə əlaqə yaratmır". Bu barədə onun müşaviri Anna Herman məlumat verib.

"Ukrayna Ali Radasının vəzifədən uzaqlaşdırdığı eks prezident Viktor Yanukoviç ölkə ərazisindədir, amma,heç kimlə əlaqə yaratmır". Bu barədə onun müşaviri Anna Herman məlumat verib.

“O Ukraynadadır. Mən bilirəm. Mənim həmişə onun harada olduğu haqda məlumat öyrənmək üsullarım olub. Baxmayaraq ki, məni hər zaman ona təsir etməkdən uzaqlaşdırmaq istəyirdilər”,- deyə Herman bildirib.

Bununla belə Anna, Yanukoviçin dəqiq yerini deməkdən imtina edib. “Onu mən axtarmıram, siz axtarırsız”,-deyə qeyd edib. Anna bildirib ki, artıq bir neçə gündür ki, Yanukoviçlə şəxsən danışmayıb.

“Bir neçə gün əvvəl Yanukoviç Xarkovda olarkən mən ona bəyanat göndərmişdim və oxumasını xahiş etmisdim. Amma Viktor başqa bəyanat seçdi. Təəssüf ki, mən yanında deyildim. Mən ona orda bəzi sözləri deməyə imkan verməzdim. Bundan sonra biz onunla danışmadıq”,- deyə Herman vurğulayıb. /anspr

Oxumağa davam et
Reklam
Reklam

Gündəm