Hələbin mərkəzi həbsxanasında onlarla məhbus aclıqdan ölüb
Bizi izləyin

Dünya

Hələbin mərkəzi həbsxanasında onlarla məhbus aclıqdan ölüb

Hələbin mərkəzi həbsxanasında onlarla məhbus aclıqdan ölüb

Hələbdə gedən qarşıdurmalarda hakimiyyətin daha 15 əsgəri həlak olub.

İnterAz–ın əl-Cəzirə-yə istinadla verdiyi xəbərə görə, bu barədə yerli fəallar məlumat veriblər.

Bildirilib ki, hakimiyyətin nəzarətində olan Hələbin mərkəzi həbsxanasında ən azı 20 məhbus aclıqdan ölüb.

Qeyd edək ki, Hələbin mərkəzi həbsxanası müxalifət silahlılarının mühasirəsindədir. Həbsxanaya qida və ərzaq yalnız hakimiyyət helikopterləri vasitəsilə göndərilir.

Qarşıdurmalar Hələbin beynəlxalq hava limanı yaxınlığında da davam edib. Burada son qarşıdurmalarda hökümət ordusunun 15 əsgəri həlak olub.

Suriya İnsan Hüquqları Müşahidəçi Qrupu təkcə dünən, bazar ertəsi günü ölənlərin ən azı 220 nəfər olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm