Sabiq baş prokurorun evinin qiyməti açıqlandı(FOTO)
Bizi izləyin

Dünya

Sabiq baş prokurorun evinin qiyməti açıqlandı(FOTO)

Onlardan biri də hazırda harada olduğu bilinməyən keçmiş baş prokuror Viktor Pşonkadır.

Viktor Yanukoviçin Ukrayna prezidenti postundan kənarlaşdırılmasından sonra ölkənin gələcəyi ilə yanaşı, onun və dövlət postunu itərən digər məmurlarının varidatları da müzakirə mövzusuna çevrilib. Onlardan biri də hazırda harada olduğu bilinməyən keçmiş baş prokuror Viktor Pşonkadır.

Publika.Az –ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin tanınmış antikvarçılarından olan Raffi Portakal Ukraynanın keçmiş baş prokurorun evindəki əşyaları qiymətləndirib.

R.Portakal evdəki əşyaların çox qiymətli olmadığını söyləyir. “Burada nəinki 100 milyard dollar, heç 100 milyon dollarlıq əşya yoxdur. Bu əşyaları mənə gətirsələr, onları heç hərraca çıxarmaram. Evin əşyalarla birlikdə dəyərinin 100 milyard dollar olduğu deyilirdi, ancaq bu gerçək deyil”, - antikvarçı söyləyib.

Qeyd edək ki, devrilməsindən dərhal sonra Ukrayna müxalifəti V.Yanukoviçin 2012-ci ildən etibarən yaşadığı iqamətgahı da ələ keçirmişdi.

Malikanədə bahalı köhnə model maşınlar, içki və qədim sənət əsərlərinin kolleksiyası, qızıldan düzəldilmiş tualet və hamam aksesuarları, eyni zamanda müxtəlif növ heyvanların saxlanıldığı bağça diqqəti çəkib. Əvvəllər malikanəyə 5 kilometr məsafədən yaxınlaşa bilməyən kiyevlilər indi malikanəni qarış-qarış gəzirlər.

Yanıkoviçin malikanəsində ziyarətçilərin təəccübünə səbəb olan gəmi şəklində qonaq evi, geniş qolf meydançası da var. Müxalifət nümayəndələri iqamətgahı ələ keçirsələr də, oranı dağıtmayıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm