Yanukoviç Rusiyadan kömək istədi - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Yanukoviç Rusiyadan kömək istədi - YENİLƏNDİ

Publika.Az xəbər verir ki, Ukrayna prezidenti vəzifəsindən devrilmiş Viktor Yanukoviç Rusiya hakimiyyətindən onun şəxsi təhlükəsizliyinin qorunması üçün yardım istəyib.

"Mənim və tərəfdarlımın ünvanına qisas hədələri səsləndirilir. Rusiya Federasiyası rəhbərliyindən şəxsi təhlükəsizliyimi ekstremistlərin hərəkətlərindən qorumasını istəmək məcburiyyətindəyəm", - Yanukoviçin Rusiya xəbər agentliklərinə daxil olmuş bəyanatında deyilir.

"Əvvəlki kimi özümü Ukrayna dövlətinin vətəndaşların azad iradəsilə seçilmiş qanuni rəhbəri hesab edirəm", - Yanukoviçin bəyanatında yazılıb.

Rusiya mediası rəsmilərə istinadən yazır ki, Yanukoviçin xahişinə Rusiya ərazisində əməl olunacaq.Yanukoviçin harada olması məlum deyil və onun haqqında beynəlxalq axtarış elan olunub.Rusiya mediası onun Moskvada olmasının güman edildiyini yazıb.

Ukraynanın devrilmiş Prezidenti Viktor Yanukoviçin şəxsi təhlükəsizliyinin təmin edilməsi haqqında xahişi Rusiya ərazisində təmin olunub.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti Rusiya hakimiyyətindəki mənbəyə istinadən xəbər verir.

İsmayıl

14.37

Viktor Yanukoviç bəyan edib ki, özünü hələ də ölkənin qanuni prezidenti hesab edir. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS-ın əldə etdiyi V.Yanukoviçin bəyanatında deyilir.

Azad seçkilər nəticəsində qanuni prezident seçildiyini deyən V. Yanukoviç bildirib ki, ölkədəki faciəvi hadisələrə laqeyd qala bilməz: "Hesab edirəm ki, Qərb tərəfdaşlarının iştirakı ilə mən və müxalifət arasında Ukraynada böhranın nizamlanması üzrə imzalanmış saziş yerinə yetirilməyib. Bir çox şəhərlərimizdə ekstremizm hökm sürür. Mənim və tərəfdaşlarımın ünvanına ölüm hədələri səsləndirilir".

O, ekstremistlərin fəaliyyətindən qorunmaq üçün Rusiya hakimiyyətindən şəxsi təhlükəsizliyini qorumağı xahiş edib: "Parlamentdə baş verənlər qanuni xarakter daşımır. Parlamentdə qərarlar Regionlar Partiyası və digər fraksiyaların iştirakı olmadan qəbul edilir".

V.Yanukoviç ölkənin böhran vəziyyətindən çıxarılması üçün sona qədər mübarizə aparacağını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm