Ufuk Kamal: “Xocalı soyqırımı bəşər üçün bir ləkədir”
Bizi izləyin

Dünya

Ufuk Kamal: “Xocalı soyqırımı bəşər üçün bir ləkədir”

Ufuk Kamal: “Xocalı soyqırımı bəşər üçün bir ləkədir”

Xocalı soyqırımının təşkilatçıları beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər

Bu sözləri Köln Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal Xocalı faciəsi soyqırımı günü ilə bağlı fikirlərini şərh edərkən bildirib.

“Xocalı soyqırımının üstündən 22 il keçməsinə baxmayaraq Xocalı soyqırımı bəşəriyyətin ən böyük cinayətlərindən sayılır və bu soyqırım aktını gerçəkləşdirənlər tarix qarşısında mütləq cavab verəcəklər. Əgər dünya birliyi bir daha belə cinayətlərin baş verməməsi istəyirsə, Xocalı canilərinin həbs edilməsinə nail olmalıdır”.

Hollandiyada Azərbaycan-Türk Mədəniyyət Mərkəzi sədri İlhan Aşkın Xocalı soyqırımının türk-islam dünyası üçün bir ləkə olduğunu qeyd edibi: “Hər bir türk Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində fəallıq göstərməli və ermənilərin yalanlarını ifşa etməlidir”.

Hollandiyada fəaliyyət göstərən daha bir təşkilat “Azərbaycan Evi”nin sədri Elxan Həşimli Xocalı soyqırımı bir daha Ermənistanın və ermənilərin iç üzünü açıb ortaya qoyan dəhşətli faciələrdən biri olduğunu söyləyib: ”Bu hadisə ilə dünya bir daha ermənilərin hansı vəhşiliklərə sahib olduğunu ortaya qoydu. Onlar uşaq, qız və yaşlı demədən hamısını vəhşicəsinə qətlə yetiriblər. Bu, əsl soyqırım aktı idi və beynəlxalq hüquq buna öz qiymətini verməlidir”.

Böyük Millət Məclisinin üzvü, Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin başqanı, Dr. İsmayıl Safi 22 il öncə yaşanan bu insanlıq cinayətinin beynəlxalq arenada eşidilməsi üçün dünyanın dörd bir tərəfindən tədbirlərin daha sıx keçirilməsinin vacibliyini qeyd edib: “Bu gün Köçiören bələdiyyəsində “Xocalı Şəhidləri Anıtı”nın açılışında bir daha “Xocalıya Ədalət” dedik. Xocalıda yaşanan insanlıq cinayətini qısa zamanda dünyada tanıdılmasını istəyirik”,-deyə millət vəkili əlavə edib.

Elnur Eltürk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm