Rusiya Dövlət Duması Krımın işğalını asanlaşdırır
Bizi izləyin

Dünya

Rusiya Dövlət Duması Krımın işğalını asanlaşdırır

Rusiya Dövlət Duması Krımın işğalını asanlaşdırır

Rusiya Dövlət Dumasının “Ədalətli Rusiya” fraksiyası yeni ərazi subyektlərinin Rusiyaya birləşməsinin sadələşdirilməsini təklif edib.

Publika.Az –ın “Kommersant.ru” saytına istinadən verdiyi məlumata görə, fraksiya yeni subyektlərin Rusiyaya birləşməsi ilə bağlı 2001-ci ildə qəbul olunan qanuna düzəlişlərin edilməsini nəzərdə tutan təkliflər paketini parlamentə təqdim dib.

Hazırkı qanuna görə, yeni subyektlərin Rusiya Federasiyasına birləşmə haqqında qərar Rusiya və xarici dövlətin qarşılıqlı razılığı əsasında həyata keçirilir. Bu razılıq daha sonra beynəlxalq müqavilə ilə təsdiq edilir. “Ədalətli Rusiya” fraksiyası təklif edir ki, ərazinin birləşməsi üçün “xalqın iradəsi” əsas götürülsün.

Xatırladaq ki, dünən Krım parlamenti növbədənkənar iclasında muxtariyyətinin statusunun dəyişdirilməsi ilə bağlı referendumun keçirilməsi barədə qərar verib. Referendum 25 May tarixinə təyin edilib.

Parlament həmçinin Anatoli Mogilyovun rəhbərlik etdiyi Nazirlər Kabinetini istefaya göndərib. “Rus birliyi” Partiyasının sədri Sergey Aksyonov yeni baş naziri təyin edilib. S.Aksyonov “Ukrayna prezidenti Viktor Yanukoviç”ə tabe olmaq niyyətində olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm