Ukraynanın keçmiş “Berkut”u Rusiyanın olacaq
Bizi izləyin

Dünya

Ukraynanın keçmiş “Berkut”u Rusiyanın olacaq

Ukraynanın keçmiş “Berkut”u Rusiyanın olacaq

Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Ukraynanın artıq ləğv olunan “Berkut” xüsusi təyinatlı dəstə üzvlərinin Rusiya pasportları ilə təmin edilməsi barədə Simferopoldakı konsulluğa tapşırıq verib.

Publika.Az –ın “Kommersant.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə məlumat Nazirliyin “facebook”dakı səhifəsində yerləşdirilib.

Qeyd edək ki, 1992-ci ildə yaradılan “Berkut” 25 Fevral tarixində Ukrayna Daxili İşlər Nazirliyinin sərəncamı ilə ləğv olunub.

Rusiya isə “Berkut” xüsusi təyinatlı dəstələrin ləğvinin siyasi xarakter daşıdığını bildirir və onun Maydandakı nümayişlərində göstərdiyi fəallığa bəraət qazandırır.

Dünən isə Rusiyanın Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi bildirib ki, “Berkut”un keçmiş üzvlərinin Nazirliyin bölmələrində işləməsi mümkündür.

İctimai rəyin öyrənilməsi üzrə ümumrusiya mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, rusiyalıların əksəriyyəti “Berkut”un hərəkətləri bəyənir.

Respondentlərin 59 faizi əmindir ki, “Berkut” əməkdaşları Maydanda öz vəzifə borcunu yerinə yetiriblər.

Rəyi soruşulanların yalnız 5 faizi isə “Berkut”un cinayətkar rejimi müdafiə etdiyi qənaətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm