ŞOK: Jurnalist reportaj üçün meşəni yandırdı
Bizi izləyin

Dünya

ŞOK: Jurnalist reportaj üçün meşəni yandırdı

Rusiyada meşəni yandıran Birinci kanalın jurnalisti cəzalandırılacaq.

Publika.az BBC-yə istinadən xəbər verir ki, bu barədə telekanalın mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Yerli sakinlərdən biri Xakasiyada ezamiyyətdə olan telekanalın çəkiliş qupunun üzvü Mixail Akinçenkonun siqareti yandıraraq yerə atmasının şahidi olub. Bunun nəticəsində yanğın yaranıb və qrup hadisə ilə bağlı süjet hazırlayıb. Polis xəbərin doğru olub-olmadığını araşdırır.

Telekanaldan da hadisənin siqaretdən baş verdiyini təsdiq ediblər. Xəbərlər xidmətinin direktoru Kirill Kleymenov bildirib ki, buna görə jurnalist işdən qovulmayacaq. Amma cəzanın nədən ibarət olacağı məlum deyil.

Qeyd edək ki, 11 və 12 aprel tarixlərində Xakasiyada bir neçə ciddi yanğın olub. Hadisə nəticəsində 40 yaşayış məntəqəsi zərər çəkib və təxminən 5 min nəfər insan evsiz qalıb.

Xatırladaq ki, rəsmi məlumatlara görə, Rusiyada baş verən yanğınlar nəticəsində ilin əvvəlindən etibarən 34 nəfər həlak olub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm