Kürd lider Kəbəni Taksim Meydanına bənzətdi – VİDEO
Bizi izləyin

Dünya

Kürd lider Kəbəni Taksim Meydanına bənzətdi – VİDEO

Xalqların Demokrat Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş sərt reaksiya doğuracaq bir açıqlama verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, kürd lider Kəbəni İstanbulun Taksim Meydanına bənzədib.

“Müsəlmanlar üçün Kəbənin əhəmiyyəti nədirsə, fəhlələr üçün də Taksim odur. Müsəlmanlar hacı olmaq üçün Kəbəyə, yəhudilər isə Qüdsə gedərlər. Sözügedən məkanlardan başqa onu heç bir yerdə edə bilməzsiniz. Dini bir inanc olaraq söyləmirəm, amma fəhlələr üçün Taksimin əvəzi yoxdur”, - Səlahəddin Demirtaş deyib.

Demirtaş Türkiyədə 1 may zəhmətkeşlər gününün qeyd edilməsi üçün Taksim Meydanının bir simvol olduğunu söyləyib.

Qeyd edək ki, Türkiyədə bəzi qruplar 1 may mərasimlərini Taksim Meydanında keçirməyə israr edir. Hakimiyyət buna icazə vermədiyindən hər il təhlükəsizlik gücləri ilə həmin qruplar arasında qarşıdurmalar baş verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm