“Rusiyanı “cəzalılar skamyası”ndan buraxdılar”
Bizi izləyin

Dünya

“Rusiyanı “cəzalılar skamyası”ndan buraxdılar”

“Yüksək gəlir əldə etmək istəyən dünya investorları baxışlarını yenidən Rusiya istiqamətinə yönəldiblər”.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” nəşri yazıb.

Amerika nəşri hesab edir ki, rublun möhkəmlənməsi və neftin qiymətin nisbətən artmasından sonra dünya investorları Moskvanı “cəzalılar skamyası”ndan buraxıblar.

“The Wall Street Journal” qeyd edir ki, bir sıra xarici investorlar sərmayələrin yatırılması üçün Rusiyanı hazırda əsas istiqamətlərdən biri hesab edirlər. Nəşr yazır ki, dünya investorları rublun möhkəmlənməsi və neftin qiymətinin nisbətən artmasından sonrakı dövrdə Rusiyanın investisiya fondlarına 600 milyon dollardan çox qoyublar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm