Kadırov ifadə verməyə hazırdır
Bizi izləyin

Dünya

Kadırov ifadə verməyə hazırdır

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Rusiyanın müxalifət siyasətçisi Boris Nemtsovun qətli ilə bağlı iş üzrə ifadə verməyə hazırdır.

Publika.az xəbər verir ki, Kadırov bu barədə “Danışır Moskva” radiostansiyasına müsahibəsində bildirib.

“Cinayətin araşdırılmasına kömək edəcəyi halda, ifadə verməyə hazıram”, - Çeçenistan prezidenti deyib.

Qeyd edək ki, Nemtsov fevralın 27-də axşam saatlarında Kreml yaxınlığında, Moskva çayı körpüsünün üzərində qətlə yetirilib. Martın 8-də Moskvanın Basman rayon məhkəməsi Boris Nemtsovun qətlində şübhəli bilinən beş nəfərin həbs olunması barədə qərar çıxarıb. Zaur Dadayev və Anzor Qubaşevə cinayət işi üzrə ittiham irəli sürülüb. Cinayət işində əsas fiqur Zaur Dadayev hesab olunur. Digər üç nəfər – Qubaşevin qardaşı Şahid, Tamerlan Əskərxanov və Xamzad Baxayev hələlik şübhəli hesab olunurlar.

Zaur Dadayev və Qubaşev qardaşları İnquşetiyada, Tamerlan Əskərxanov və Xamzad Baxayev isə Moskva ətrafında kirayələdikləri evdə tutulublar. Müttəhimlərin qohumları Boris Nemtsovun öldürüldüyü gün onların Moskvada olduqlarını təsdiqləsələr də, bu çinayətdə iştiraklarına inanmadıqlarını bildirirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm