Türk diplomatlar Hitlerin hücumunu Moskvaya xəbər verib - Arxiv
Bizi izləyin

Dünya

Türk diplomatlar Hitlerin hücumunu Moskvaya xəbər verib - Arxiv

Rusiya Böyük Vətən Müharibəsində qazanılan qələbənin 70-ci ilini qeyd etməyə hazırlaşdığı bir vaxtda türk diplomatların Adolf Hitlerin SSRİ-yə hücum edəcəyi barədə Moskvanı dəfələrlə xəbərdar etdiyi ortaya çıxıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, tarixçi Vladimir Vinokurov bu faktın arxiv sənədlərində yer aldığını bildirib.

Tarixçi 1940-ci ildə Almaniya, İtaliya və Yaponiya arasında Üçlük hərbi sazişin imzalanmasından sonra - 29 oktyabr 1940-cı ildə Türkiyənin Tokiodakı səfiri Ferit Tekinin SSRİ-nin bu ölkədəki səfiri ilə görüşdüyünü bildirib. Onun sözlərinə görə, Moskva tərəfinə Hitlerin hücumu barədə xəbərdarlıq edilib.

Ankaranın SSRİ-yə daha bir xəbərdarlığı Türkiyənin Macarıstandakı səfirİ Əşref Ünaydın tərəfindən sovet səfiri Şaronova 1940-cı ilin iyununda olub. 4 yanvar 1941-ci ildə Türkiyənin Almaniyadakı səfiri SSRİ-nin bu ölkədəki səfirinə hücum barəsində xəbərdarlıq edib. On gün sonra keçirilən növbəti görüşdə türk diplomatı SSRİ-dən olan həmkarının diqqətini Rumıniya-SSRİ sərhədində çoxlu sayda Almaniya hərbi birliklərinin olduğuna çəkib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm