Polis bölməsinə basqın edildi
Bizi izləyin

Dünya

Polis bölməsinə basqın edildi

Pakistanda polislər quldurlar tərəfindən qaçırılıblar.

Publika.az Anspress-ə istinadən xəbər verir ki, naməlum şəxslər Rahimyar - Xan dairəsinin Pəncab rayonunda yeddi polisi qaçırıb.

Pakistanın xəbər agentliklərinin yazdığı məlumatlarda bildirilir ki, 20-ə yaxın qarətçi Kaça rayonunda yerləşən polis bölməsinə basqın edərək asayiş keşikçilərini aparıblar.

Qarətçilər həmçinin polis bölməsində olan bütün silah-sursatı özləriylə aparıblar.

Ölkənin Polis Departamenti qaçırılmış polislərin axtarışı istiqamətində əməliyyata başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm