• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

ABŞ Rusiyanın cənubuna qoşun yeridir

  • Dünya
  • 6 May 2015 20:11
  • 1 257 Baxış
ABŞ Rusiyanın cənubuna qoşun yeridir

Noble Partner birgə hərbi təlimlər üçün nəzərdə tutulan ABŞ-ın ağır hərbi texnikası Gürcüstanın Batumi limanına daxil olub.

Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Gürcüstana gətirilən hərbi texnika 14 “Bredli” piyada döyüş maşını, logistika təminatı maşınları və təlimlər üçün nəzərdə tutulmuş ləvazimatlardan ibarətdir.

Hərbi texnika təlimlərin keçiriləcəyi Tiflis yaxınlığındakı “Vaziani” hərbi bazasına göndəriləcək. 11-15 may tarixlərinə planlaşdırılan hərbi təlimlərə ABŞ tərəfindən 3-cü piyada diviziyasının 1-ci briqada taktik qrupunun mexanikləşdirilmiş bölüyü, ABŞ-ın NATO-dakı operativ reaksiya gücləri və 173-cü hava-desant briqadasının piyada bölüyü cəlb ediləcək.

Gürcüstan tərəfindən isə quru qoşunların 1-ci briqadasının “Alfa" bölüyü, 4-cü mexanikləşdirilmiş briqadanın 42-ci batalyonun birinci mexanikləşdirilmiş bölüyü və hərbi polis alayı iştirak edəcək.

Bu, postsovet məkanında ABŞ qoşunlarının bir ay ərzində keçirdiyi ikinci birgə təlimlərdir. Ötən ayın sonunda Estoniyada “Qasırğa” kod adlı təlimlər keçirilib. “Qasırğa” təlimlərinə arxa təminat batalyonu, kəşfiyyat qrupları, həmçinin tank və artilleriya bölmələri qatılıb.

NATO 2015- ci ilin yanvar ayında Şərqi Avropanın 6 ölkəsində operativ reaksiya güclərinin artırılması haqqında planı təsdiq edib. Söhbət Estoniya, Latviya, Litva, Rumıniya, Polşa və Bolqarıstandan gedir. Sözügeden güclərinin sayının 13 mindən 30 minə qədər artırılması gözlənilir. Bu güclər milli qoşunlar və NATO qoşunları arasında bağlayıcı vasitə olacaq.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR