Əsəd məğlubiyyətini etiraf etdi
Bizi izləyin

Dünya

Əsəd məğlubiyyətini etiraf etdi

Suriya prezidenti Bəşər Əsəd məğlubiyyətini etiraf edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Dəməşqdəki hərbi məktəblərdən birində çıxış edən prezident son vaxtlar müxalifətlə döyüşlərdə məğlub olduğunu bildirib.

Müharibədə qalibiyyət və məğlubiyyətlərin normal qarşılanmalı olduğunu deyən Əsəd rejim güclərinin yenidən qələbələr qazanacağına söz verib.

Qeyd edək ki, son vaxtlar Fəth Ordusunun çətiri altında birləşən müxalifət gücləri Suriyanın şimalı və cənubunda strateji əhəmiyyətli bölgələri ələ keçirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm