Barak Obama çətin sınaq qarşısında
Bizi izləyin

Dünya

Barak Obama çətin sınaq qarşısında

ABŞ Rusiya ilə ticarət və investisiya məsələləri üzrə danışıqları dayandırıb.Publika.Az –ın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Ticarət İdarəsinin nümayəndəsinin bəyanatında deyilir.

““Biz Rusiya hökuməti ilə hazırlanmaqda olan proqram çərçivəsində ticarət və kommersiya əlaqələrinin dərinləşməsi üzrə hər hansı ikitərəfli ticarət və investisiya müqavilələrin bağlanmasını təxirə salmışıq”, - idarənin nümayəndəsi bəyan edib.

Daha əvvəl məlum olub ki, Ukrayna ətrafında vəziyyətə görə ABŞ Rusiya ilə hərbi təmasları da kəsib. Bütün birgə təlimlər, danışıqlar, səfər və konfranslar müvəqqəti olaraq dayandırılır. Pentaqonun mətbuat katibi kontr-admiral Con Kirbi Rusiyanı Ukrayna böhranını çözməyə, Rusiyanın Krımdakı qoşunlarını Rusiyanın Krımda Qara dəniz donanmasının statusunu nizamlayan sazişin tələblərinə uyğun olaraq geri çəkilməyə çağırıb.

Eyni zamanda Pentaqon rəsmisi qeyd edib ki, Ukrayna hadisələrinə görə Avropada və Aralıq dənizində ABŞ silahlı qüvvələrinin strategiyasında hər hansı dəyişiklik baş verməyib.

BBC həmçinin qeyd edir ki, vəziyyətin gərginləşəcəyi təqdirdə prezident Barak Obamanın nə edəcəyi məlum deyil. ABŞ rəsmilərinin fikrincə, Vladimir Putin dəhşətli seçim edib, nəticədə onun ölkəsi xeyli zəif duruma düşəcək.

“Lakin eyni zamanda, yaranmış vəziyyət Obama administarsiyasını da ciddi sınağa çəkir və bu əhvalat Obamanın dünyadakı real nüfuzuna işıq salmış olacaq. Dövlət katibi Con Kerri Kiyevə yola düşub, ABŞ beynəlxaq birliyə arxalanaraq Rusiyaya təzyiq etməyə çalışır. Lakin administrasiya rəsmiləri hərbi müdaxilə variantını istisna edirlər. Prezident Obamanın tənqidçiləri onun ləng hərəkət etdiyini qeyd edərək Putinə "qırmızı xətti keçməyə imkan verdiyinə görə" ABŞ liderini tənqid edirlər. Obama Moskvaya xəbərdarlıq edib ki, Ukrayanaya hərbi müdaxilə Rusiyaya "baha başa gələ bilər". Lakin, deyəsən, Obamanın sözləri Putinə təsirsiz görünüb. Qərbin bu böhrana hazır olmadığı aydındır. Bu da aydındır kı, Putin asanlıqla geri çəkilməyəcək”, - BBC qeyd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm