İsraildə yeni hökumət koalisiyası təşkil edilib
Bizi izləyin

Dünya

İsraildə yeni hökumət koalisiyası təşkil edilib

Almaniyanın “dpa” agentliyi xəbər verir ki, İsraildə partiyalararası danışıqlar üçün vaxtın bitməsinə təqribən iki saat qalmış parlamentin minimum üstünlüyü ilə hakim koalisiyanı formalaşdırmaq mümkün olub.

Ölkənin baş naziri və “Likud” partiyasının lideri Binyamin Netanyahu mayın 6-da axşam “Yəhudi evi” sağ milli-dini partiyası ilə son koalisiya sazişi imzalayıb. Onun səkkiz mandatı knessetdə zəruri əksəriyyəti təmin edib, çünki koalisiya 120 parlament üzvündən 61 nəfərədək artmışdı.

“Yəhudi evi”nin sədri Naftali Bennet koalisiyaya daxil olduğunu “twitter”də təsdiqləyib. İsrail siyasətçisi yazıb: “Danışıqlar başa çatıb, indi işə başlamaq vaxtıdır”.

Nəticədə İsrailin yeni hökumətinə “Likud” və “Yəhudi evi” partiyaları ilə yanaşı ifrat dini yəhudi icmalarının və mərkəzçi “Kulanu”nun mənafeyini təmsil edən “Tövrat Yəhudiliyi” və ŞAS partiyalarının nümayəndələri daxil olacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm