Üsyançılar 250 kəndlini girov götürdü
Bizi izləyin

Dünya

Üsyançılar 250 kəndlini girov götürdü

Hindistanın Maoçu üsyançıları ölkənin mərkəzi hissəsində yerləşən Çandiqarh ştatında bir körpünün inşasını dayandırmaq üçün 250-yə qədər kəndlini girov götürüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, polis üsyançılardan birini öldürdüyünü, digərlərini sərbəst buraxdığını açıqlayıb.

Məlumata görə, Maocu üsyançıları bununla da ştatın rəhbərliyinə körpünün inşasını dayandırması üçün təzyiq göstərir. Hadisənin Hindistanın baş naziri Narendra Modinin ştata səfəri ərəfəsində baş verməsi diqqət çəkir.

Qeyd edək ki, çinli inqilabçı Mao Zedonqun ideyası ilə hərəkət edən Maocu üsyançıları Hindistanda dövlət üçün ən ciddi təhlükə kimi sayılır. Hindistan hökumətini yoxsul sakinlərə kömək etməməkdə ittiham edən üsyançılar sadə vətəndaşlar üçün hakmiyyətdən torpaq və iş tələb edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm