Ukrayna parlamenti bəyanat verdi: “Dərhal geri çəkil!”
Bizi izləyin

Dünya

Ukrayna parlamenti bəyanat verdi: “Dərhal geri çəkil!”

Ukrayna Ali Radası (parlament) xarici qoşunların ölkə ərazisindən çıxarılmasını tələb edib.Publika.Az –ın “RBK-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, bununla bağlı qəbul olunan bəyanatın lehinə parlamentin 239 deputatı səs verib.

“BMT-nin bugünkü iclası zamanı Rusiya Federasiyasının nümayəndəsi Vitali Çurkin Rusiya qoşunlarının Ukrayna ərazisinə Viktor Yanukoviçin müraciəti əsasında daxil olduğunu bildirib. Ukraynanın Konstitusiyası və milli qanunvericiliyə əsasən yalnız Ali Rada ehtiyac olduğu halda ölkə ərazisinə xarici qoşunların çağırılması ilə bağlı qərar qəbul edə bilər”, - Ukrayna parlamentinin spikeri Aleksandr Turçinov bildirib.

A.Turçinov vurğulayıb ki, Rusiya Qara dəniz donanmasının silahlı qüvvələri dislokasiya olunmuş əraziyə qayıtmalı, digər bütün hərbi birləşmələr isə Ukrayna ərazisini tərk etməlidir. O qeyd edib ki, V.Yanukoviçin Ukraynaya qaytarılması Rusiya-Ukrayna münasibətlərinin qaydaya salmasına imkan yaradacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm