Dünya
ABŞ yalan danışıb: Bin Ladenin ölümündə yeni TƏFƏRRÜATLAR
ABŞ “Əl-Qaidə” lideri Üsamə bin Ladenin öldürülməsi mövzusunda ictimaiyyətə səhv məlumat verib.
Publika.az BBC Türkə istinadən xəbər verir ki, bu iddia ilə amerikalı jurnalist Seymour Herş İngiltərədə nəşr olunan “London Review of Books” jurnalının son sayındakı yazısında çıxış edib.
O, “Əl-Qaidə” liderinin öldürüldüyü 2011-ci ildə deyildiyi kimi qaçıb gizlənmədiyini, 2006-ci ildən bəri Pakistan kəşfiyyat xidmətinin əsiri olaraq bu ölkədə olduğunu yazıb. Amerikalı jurnalist adını açıqlamadığı yüksək səviyyəli ABŞ kəşfiyyat səlahiyyətlisinə istinadən yazıb ki,
Pakistan kəşfiyyatının səlahiyyətlilərindən biri 25 milyon dollar qarşılığında “Əl-Qaidə” liderinin yerini ABŞ-a bildirib.
Seymour Herş “Əl-Qaidə” liderinin cənazəsinin dənizə atıldığı barədə iddiasının da doğru olmadığını bildirib. Onun sözlərinə görə, başından vurulan Ladenin bədənindən bəzi parçalar bir cəsəd torbasına qoyularaq Əfqanıstanın Cəlilabad şəhərinə uçan vertolyotdan Hindukuş dağlarına atılıb.
Ömər Dağlı
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi