İsraildə orqan alverçiləri tutuldu – Azərbaycanla əlaqələri var
Bizi izləyin

Dünya

İsraildə orqan alverçiləri tutuldu – Azərbaycanla əlaqələri var

7 nəfər İsrail vətəndaşı barəsində qanunsuz transplantasiya əməliyyatlarının aparılması və insan orqanlarının ticarəti ilə bağlı cinayət işi açılıb.

"Report" İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə İsrailin Ədliyyə Nazirliyi məlumat yayıb.

Şübhəli şəxslər Azərbaycan, Şri-Lanka, Türkiyə və Kosovoda israilli pasiyentlər üçün yerli donorların cəlb olunması yolu ilə qanunsuz əməliyyatların təşkilində və icrasında ittiham olunurlar.

Təqsirləndirilən şəxslər arasında 2003-cü ilə qədər Təl-Əviv yaxınlığındakı Beylinson xəstəxanasına rəhbərlik edən Zaki Şapiro da var. İttihamın rəyinə görə, o, öz nüfuzu sayəsində bu prosesi qura bilib. Şübhəlilərdən biri də, həmçinin 2013-cü ildə Priştin xəstəxanasında qanunsuz transplantasiya əməliyyatları ilə bağlı məhkəmə prosesində adı hallanan Moşe Hareldir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm