Müəllimə şeir əzbərləməyən şagirdi bu hala gətirdi – FOTO
Bizi izləyin

Dünya

Müəllimə şeir əzbərləməyən şagirdi bu hala gətirdi – FOTO

Türkiyə Elazığ vilayətinin Ağın rayonunda şagirdin müəllim tərəfindən cəzalandırılması faktı qeydə alınıb.

Müəllimə Büşra Yakınoğlu şeiri əzbərləməyən şagird Elif Karaoğlunun ovcuna dəyənəklə vurub.

Şagird başına gələnləri evdə anasına danışıb və ana Məqbulə Karaoğlu müəlliməyə zəng vuraraq ondan şikayətçi olacağını bildirib.

Müəllimə isə öz növbəsində valideynə, "get istədiyin yerə şikayət et" deyərək kobud cavab verib.

Zərərçəkmişin atası Osman Karaoğlu əlində göyərmə və sıyrılma xəsarəti olan qızı üçün tibbi arayış alaraq Ağın rayonu icra başçısının həyat yoldaşı olan müəllimə barədə şikayətçi olub.

İcra başçısı Fatih Yakınoğlu isə açıqlama verərək həyat yoldaşı Büşra Yakınoğlu barəsində istintaq başladıldığını bildirib. (ans)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm