Dünya
Məcburən ərə verilən 14 yaşlı qızdan dəhşətli əməl - FOTOLAR
Türkiyənin Tokat əyalətində Fadimə Doğan adlı qız
evlənməmək üçün üzünü parçalayıb.
Fadimə hələ 14 yaşında olarkən ailəsi onu yaşlı bir adama ərə
vermək istəyib. Lakin o etiraz edib, oxumaq istədiyini deyib.
Ailəsi isə onu dinləməyib. Tək çarəni özünü öldürməkdə görən Fadimə
tüfənglə üzünə atəş açıb. Çənəsi dağılan qızı xəstəxanaya
aparıblar. 15 gün sonra evə buraxılan qıza ailəsi yenə təzyiq
göstərməyə başlayıb.
Onlar 14 yaşlı qızın başqa bir oğlana görə intihar etmək
istədiyini düşünüblər. Buna görə valideynləri onu acılayır, atası
hətta döyürdü də. Bu zülmə dözə bilməyən qız 15 yaşında olarkən
xalasının yanına gedib.
20-dən çox əməliyyat keçirən Fadimə öz xahişi ilə fiziki qüsurlu
insanlar üçün olan mərkəzə yerləşdirilib. İndi 21 yaşı olan Fadimə
Tokat əyalətinin rəsmi şəxslərinin köməyilə öz müalicəsini davam
etdirir. Müayinə və müalicədən sonra isə gənc qıza üz nəqli
ediləcək.
"Məni intihara sövq edən ailəmin mənə olan təzyiqi və atamın
döyməsi olub. İndiki ağlım olsaydı, heç vaxt canıma qıymazdım.
Yaşamaqdan daha gözəl heç nə yoxdur. Mən indi təhsilimi bitirib iş
tapmaq, öz ehtiyaclarımı ödəmək, təhsil alıb insanlara və ölkəmə
faydalı olmaq istəyirəm", - deyən Fadimə Doğan yeni üzünə
qovuşacağı günü səbirsizliklə gözləyir.(ans)
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR