Dünya
İranda “yalan və ayrı-seçkiliyə qırmızı kart” kampaniyası
Mayın 15-də Təbriz stadionunda baş verən və “dünya futbol tarixində bənzəri görünməyən rüsvayçılıq” kimi dəyərləndirlən hadisələrə etiraz olaraq İran azərbaycanlıları “yalan və ayrı-seçkiliyə qırmızı kart” kampaniyası başladıblar.
Publika.az-ın məlumatına görə, kampaniyaya qatılan güneylilər sosial şəbəkələrdə qırmızı kart şəkilləri paylaşaraq “Traktorsazi” komandasına verilən yalan məlumat məsələsinə diqqət çəkməklə yanaşı “hakimiyyətin Azərbaycana verdiyi yalan vədlər, ədalətsizlik, assimilyasiya və türk düşmənliyinə” qırmızı kart verdiklərini yazırlar.
İran xəbər agentliklərinə müsahibə verən bir çox futbol eksperti o cümlədən “Traxtor”un son matçında rəqibi olan Tehranın “Neft” klubunun baş məşqçisi Əlirza Mənsuriyanın sözlərinə görə, verilən yalan məlumat, eləcə də Təbriz stadionunda internet, TV, radio və telefon əlaqələrin kəsilməsi Traktorsazinin çempionluğu ala bilməməsi istiqamətində təsir edib.
Təbriz stadionunda baş verən olaylar The Huffington Post, Star Qəzeti və Əl-Ərəbiyə kimi ingilis dilli, habelə Türkiyə və Ərəb ölkələrinin tanınmış mediasında işıqlandırılıb.
Olaylar Türkiyə mediasında “İranda türk komandasına haqsızlıq yapıldı, Təbriz qarışdı” və “Güney Azərbaycanda türklerin komandası Traktorun çempionluğu hiylə ilə əlindən alındı” kimi ifadələrlə dəyərləndirilib.
Təbrizdə Traktorsazi azarkeşləri ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmaya işarə edən The Huffington Post olayları “etnik gərginliklər İranın futbol meydanlarına girir” başlığı ilə gündəmə gətirib. The Guardian isə etirazlara işarə etmədən yalan məlumat nəticəsində Traktorsazinin çempion olduğunu zənn edən baş məşqçisi Antonio Oliveyranın sevindiyini göstərən şəkli “Sevincin acıya çevrilməsindən öncə” başlığı ilə nəşr edib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR