Su axtarırdı, neft tapdı
Bizi izləyin

Dünya

Su axtarırdı, neft tapdı

Türkiyədə bir kəndlinin tarlasını suvarmaq üçün qazdığı quyudan neft çıxdı.

Publika.az-ın qonşu ölkənin mətbuatına istinadən verdiyi xəbərə görə, kəndli Sərvət Çəlik su üçün qazdığı quyudan neft çıxdığını görəndə çox təəccüblənib.

“Tarlamın suya ehtiyacı var idi. Buna görə quyu qazdım, 80 metrə çatanda su çıxacağını gözləyirdim, amma neft çıxdı. Əvvəlcə sevinsəm də, sonra pis oldum. Axı mənim suya ehtiyacım var. Əgər su tapmasaq bir il boyunca çəkdiyim əziyyət heç olacaq. Biz də neft çıxarıb, varlanmaq istəyərik, amma indi suya ehtiyacımız var. İndi sevinək ,yoxsa, kədərlənək, bilmirik”.

Ərazidə geoloqlar araşdırma aparıb və neftin sızma nəticəsində bu ərazidə üzə çıxdığını deyiblər. Onlar quyudan çıxan maddənin neft olduğunu təsdiqləsələr də, analiz də götürüblər. Bununla yanaşı geoloqlar müxtəlif vaxtlarda ərazidə neft aşkarlandığını bildiriblər. Bu da orada neft yatağının olmasına işarə verir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm