• USD 1,7238 +0,10% EUR 1,8536 -0,47%
    • GBP 2,1441 +0,33% RUB 0,0304 +0,66%

İŞİD şiə məscidini partlatdığı üçün 2 milyon alıb - İDDİA

  • Dünya
  • 26 May 2015 01:09
  • 424 Baxış
İŞİD şiə məscidini partlatdığı üçün 2 milyon alıb - İDDİA

İŞİD Səudiyyə Ərəbistanının Katif şəhərindəki İmam Əli məscidinin partladılması üçün xarici kəşfiyyat orqanlarının birindən 2 milyon dollar alıb.

Axar.az xəbər verir ki, bu barədə Küveytin “Əlrəy” qəzeti yazıb. Qəzetin məlumatına görə, partlayışdan bir neçə gün öncə xarici kəşfiyyat orqanının üç zabiti İŞİD-in beş nəfərlik rəhbər heyəti ilə İraqın şimal şəhərlərinin birində görüşüb. İddiaya görə, 2 milyondan əlavə kəşfiyyatçılar İŞİD-in müasir silahlarla təchiz edilməsi barədə öhdəlik də götürüblər. İŞİD-lə görüşən xarici kəşfiyyat orqanının kimliyi barədə məlumat verilməyib. Qeyd edək ki, mayın 22-də Katif şəhərindəki İmam Əli məscidi partladılıb. Partlayış zamanı 21 nəfər ölüb, 102 nəfər isə yaralanıb. İŞİD terror təşkilatı partlayışın məsuliyyətini öz üzərinə götürüb.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR