Növbəti il üçün BMT-nin büdcəsi açıqlandı
Bizi izləyin

Dünya

Növbəti il üçün BMT-nin büdcəsi açıqlandı

BMT-nin baş katibi Pan Gi Mun 2016-2017-ci illər üçün BMT büdcəsinin layihəsini İnzibati və Büdcə Məsələləri üzrə Məsləhət Komitəsi üzvlərinin müzakirəsinə verib.

Pan Gi Mun təşkilatın büdcəsinin 5,69 milyard dollar həcmində qəbul olunmasını təklif edib.

BMT-də 56 vəzifənin ixtisar olunması hesabına maliyyə ehtiyatlarına qənaət etmək niyyətindədirlər.

Bununla belə, təşkilat BMT-nin bütün idarələrində “Umoca” resurs təminatı sisteminin tətbiq olunmasına, BMT-nin Ətraf Mühit Proqramının və insan hüquqları sahəsində müqavilə orqanları sisteminin işinin möhkəmləndirilməsinə, BMT-nin rəsmi dillərinin pariteti əsasında ictimai informasiya sahəsində fəaliyyətin dəstəklənməsinə əlavə vəsait yönəldəcəkdir.

Xatırladırıq ki, Məsləhət Komitəsinin 16 üzvü Baş Məclisin Beşinci Komitəsinin BMT büdcəsini qəbul edən nümayəndələrinə öz tövsiyələrini verir. 2014-2015-ci illərdə BMT-nin büdcəsi 5,5 milyard dollar təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm