Kiyev Krım və separatçı qurumları blokadaya alır
Bizi izləyin

Dünya

Kiyev Krım və separatçı qurumları blokadaya alır

Ukraynanın Ali Radası Rusiya tərəfindən ilhaq olunan Krım və Şərqi Ukraynadakı separatçı qurumların yanacaq-xammal blokadasına alınması haqqında qanun layihəsinə baxacaq.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu barədə qanun layihəsini hazırlayan “Meydan özünümüdafiəsi" fraksiyasının üzvü Sergey Vısotski “Facebook” səhifəsində bildirib.

“Əgər biz şişi uzaqlaşdıra bilmiriksə, onu təcrid etmək lazımdır", - deputat hazırladığı qanun layihəsini şərh edib.

Onun sözlərinə görə, qanun layihəsi işğal edilmiş ərazilərdə qaçaqmalçı marşrutların aradan qaldırılmasına yönəlib: “Böyük miqdarda kömür, dizel, benzin, qidalanma məhsulları və məişət mallarının kölgə axını iqtisadiyyatımızı parçalayır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm