“Sağ sektor” Leninin heykəlini yıxdı
Bizi izləyin

Dünya

“Sağ sektor” Leninin heykəlini yıxdı

Ukraynanın millətçi “Sağ sektor” təşkilatının üzvləri Slavyansk şəhərində keçmiş SSRİ-nin banisi Vladimir Leninin heykəlini dağıdıblar.

Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, bu barədə “Facebook”dakı səhifəsində Ukraynanın daxili işlər naziri Arsen Avakov yazıb.

"Slavyanskda “Sağ Sektor”un üzvləri səhər tezdən Leninin abidəsini sökdülər”, - Avakov qeyd edib.

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko ötən ayın 15-də sovet simvollarının qadağasına dair qanun imzalayıb. Ukrayna Ali Radası bundan əvvəl, aprelin 9-da paytaxt Kiyevdə və digər şəhərlərdə sovet heykəlləri, ulduzlar və digər simvolların ləğv edilməsi ilə bağlı qanun layihəsini müzakirə edib. Kiyev şəhər soveti Ukraynanın Müstəqillik günü olan avqustun 24-dək binalardan, metro stansiyalarından və digər memarlıq obyektlərindən sovet simvollarının yığışdırılmasına dair qərar qəbul edib.

2016-ci ilin 31 martına qədər sökülmüş kommunist simvollarının əvəzinə Kiyevdə Ukraynanın dövlət simvollarının qoyulması planlaşdırılır.

Bütün bu qanunlar isə regionlarda insanları sovet simvollarını, həmçinin Leninin heykəllərini dağıtmağa həvəsləndirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm