Tehran Əsəd üçün döyüşçü toplayır
Bizi izləyin

Dünya

Tehran Əsəd üçün döyüşçü toplayır

Müxalifət silahlıları qarşısında geriləyən Bəşər Əsəd rejiminə tarixi müttəfiqlərindən böyük hərbi yardım gəlib.

Publika.az Almaniyanın AFR agentliyinə istinadən xəbər verir ki, İran və İraqdan Suriyaya 7 min şiə silahlısı keçib.

Xəbər agentliyinə danışan Suriya rejiminə yaxın mənbə İran və İraqdan gələn hərbi yardımın əsas məqsədinin paytaxt Dəməşqi qorumaq olduğunu söyləyib. Onun sözlərinə görə, rejim Dəməşqi saxlamaqla yanaşı, Aralıq dənizi bölgəsi və strateji əhəmiyyət daşıyan Cisr es-Suğur şəhərini geri qaytarmaq istəyir. İdlib vilayətinin Cisr əs-Suğur şəhəri aprelin 25-də “Əl-Qaidə”nin Suriya qolu olan “Əl-Nüsra” Cəbhəsinin rəhbərlik etdiyi Fəth Ordusu tərəfindən ələ keçirilib.

İranın rəsmi agentliyi İRNA-nın yazdığına görə, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Qüds briqadasının komandanı general Qasim Süleymani qarşıdakı günlərdə bütün dünyanın Suriya əsgərləri ilə birlikdə nəyə hazırlaşdığına heyrətlənəcəyini bildirib. İngiltərənin “Times” qəzeti isə İranın Əfqanıstandakı şiələri Suriyada döyüşmək üçün təşkilatlandırdığını yazıb. Eyni fəaliyyət Pakistanda da icra edilir. Nəşrin yazdığına görə, Suriyada 5 min əfqan və pakistanlı şiə muzdlusu döyüşür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm