İkiqat dünya çempionu İŞİD-ə qoşuldu - VİDEO/FOTO
Bizi izləyin

Dünya

İkiqat dünya çempionu İŞİD-ə qoşuldu - VİDEO/FOTO

Muay tay üzrə ikiqat dünya çempionu Almaniyalı idmançı Valdet Qaşi İŞİD terror qruplaşmasının sıralarına qoşulub.

Publika.az-ın məlumatına görə, Valdet bu barədə öz "Facebook" səhifəsində məlumat yayıb. İŞİD terror qruplaşmasının bayrağı fonunda şəkil paylaşan idmançı İŞİD-in ideologiyasını qəbul etdiyi üçün Suriyaya getmək qərarını gəldiyini bildirib. O sosial şəbəkədə öz səhifəsində yaxınlarına və dostlarına buna görə onu mühakimə etməməyə çağırıb.

“Mənim hərəkətimi ittiham etmək lazım deyil. Siz tamamilə bütün tarixi bilmirsiniz”, - deyə çempion yazıb.

Almaniya KİV-i Qaşinin qruplaşmaya hələ yanvarın ortasında qoşulduğunu və bir neçə ay öz yerini gizlətdiyini yazıb. Ancaq Suriyaya o, dərhal yollanmayıb. Qaşi bir müddət İsveçrənin Vintertur şəhərində İŞİD tərəfdarları ilə təkbətək döyüşlər üzrə məşqlər keçirib və daha sonra Suriyaya yola düşüb.




Oxumağa davam et
Reklam
Reklam

Gündəm