İŞİD-ə ağır zərbə: 5 komandir öldürüldü
Bizi izləyin

Dünya

İŞİD-ə ağır zərbə: 5 komandir öldürüldü

İraq təhlükəsizlik güclərinin Anbar şəhərində təşkil etdiyi əməliyyatda İŞİD terror təşkilatının 40 üzvü öldürülüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Öldürülənlərin 5-nin komandir statusunda olduğu xəbər verilir. Məlumata görə, əməliyyat quru qoşunları, hərbi hava qüvvələri və Daxili İşlər Nazirliyinə bağlı kəşfiyyat qurumları tərəfindən koordinasiyalı şəkildə həyata keçirilib.

Qeyd edək ki, İraqın ərazi baxımından ən böyük vilayəti olan Anbarın inzibati mərkəzi Ramadi təxminən iki həftədir İŞİD-in nəzarətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm