Obama kostyumunu ABŞ-da unutdu
Bizi izləyin

Dünya

Obama kostyumunu ABŞ-da unutdu

G7-nin (“Böyük yeddilik”) sammitində iştirak etmək üçün Almaniyaya gələn ABŞ prezidenti Barak Obama Almaniya kansleri Angela Merkelin müşayiəti ilə Kryun şəhərciyinə gəlib.

Publika.az “NBC News”a istinadən xəbər verir ki, liderləri ənənəvi Bavariya geyimləri geyinən qızlar qarşılayıb.

Onlarla ünsiyyət zamanı Obama bildirib ki, öz kostyumunu ABŞ-da unudub və Almaniyada yenisini almağın mümkün olub-olmadığı ilə bağlı maraqlanıb. Bundan sonra prezident Merkellə birlikdə şəhərin mərkəzində qurulmuş stollardan birində oturub və pivə içib.

ABŞ prezidenti sammitin açıq məkanda keçirilməməsinə təəssüfünü ifadə edib. “Təəssüf ki, sammit içəridə keçirilir. Amma biz bu gözəl məkanda otura bilərdik və pivəni içərdik”, - Obama vurğulayıb.

Qeyd edək ki, G7-nin sammiti 7-8 iyun tarixlərində keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm