İslamı təhqir etdiyinə görə 10 il həbs və min qamçı
Bizi izləyin

Dünya

İslamı təhqir etdiyinə görə 10 il həbs və min qamçı

Səudiyyə Ərəbistanının Ali Məhkəməsi “islamı aşağılamaq”da ittiham olunan bloq yazarı Raif Bədəvinin cəzasını təsdiqləyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Bədəvi min qırmanc və 10 il həbs cəzasına məhkum edilib.

Bədəvinin həyat yoldaşı İnsaf Haydar məhkəmənin qərarının qəti olduğunu və qərara etiraz imkanının olmadığını qeyd edib.

Səudiyyəli din adamları haqqında yazdığı tənqidi yazılarını bloqunda paylaşan 31 yaşındakı Raif Bədəvi 2012-ci ildə “internet vasitəsilə islamı aşağılamaq” ittihamı ilə həbs olunub. Bədəvi iki ildən çox davam edən məhkəmə prosesindən sonra 10 il həbs, min qırmanc və təxminən 240 min avro pul cəzası alıb. Bədəvinin qamçı cəzasının ilk 50-i icra olunub. Qalan 950-si isə “sağlamlıq səbəbi” ilə təxirə salınmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm